İraq Prezidenti Əbdüllətif Camal Rəşid Ermənistanda səfərdədir. Bu barədə İnsanoid “Armenpress”ə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Onu İrəvanın “Zvartnos” Hava Limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılayıblar.
İraq Prezidenti Ə.L. Rəşid Ermənistan Prezidenti Vaan Xaçaturyan, baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşəcək.
Qeyd edək ki, İraq Prezidenti İrəvana Bakıdan gedib.