Şirvanda 56 yaşlı sakin ailə münaqişəsi zəminində 70 yaşlı bacısını əli ilə boğaraq öldürüb. Bu barədə martın 15-də APA xəbər verib.
Məlumata görə, sözügedən şəxs bacısını qətlə yetirdikdən sonra onun cəsədini şəhər qəbiristanlığında dəfn edib. Hazırda mərhumun cəsədi Şirvan morquna yerləşdirilib. Əməli törədən şəxs isə saxlanılıb.
O, əvvəllər də dəfələrlə məhkum olunub.
Faktla bağlı araşdırma davam edir.