Lənkəran və İsmayıllıda ağacların qanunsuz kəsildiyi məlum olub. Bu haqda 22 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Hadisələrin Lənkəran şəhərinin Həzi Aslanov xiyabanında vətəndaş Vüqar Rəhimov, İsmayıllı şəhərinin Natəvan küçəsi, 23 ünvanında isə vətəndaş Tahir Osmanov tərəfindən törədildiyi müəyyən olunub.
Faktlarla bağlı akt tərtib edilib. Lənkəran rayon sakini V.Rəhimov barəsində protokol tərtib edilərək, qanunamüvafiq tədbir görülüb.
İsmayıllı şəhərində isə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.