İsmayıllı-Qaraməryəm-Şəki yolunda zəncirvari qəza olub. Bu barədə 31 yanvar tarixində APA məlumat verib.
Hadisə yolun Basqal kəndindən keçən hissəsində qeydə alınıb.
“QAZ-53”, “VAZ 2107”, “Mercedes” və “Lada-099” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “QAZ-53”ün sürücüsü yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.