İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub. Bu barədə Report 8 iyul tarixində xəbər verib.
İsmayıllı rayon sakini, 52 yaşlı Cəmşid Abdurzaqov kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Dərhal hadisə yerinə polis əməkdaşları gəliblər.
Araşdırma zamanı məlum olub ki, Cəmşid Abdurzaqov əmisi qızının qeyri-rəsmi münasibətdə yaşadığı Yevlax rayon sakini Yunis adlı şəxs tərəfindən qısqanclıq zəminində aralarında baş verən münaqişə zamanı bıçaqlanıb.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs qaçıb, onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.