28 May - Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpülər Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə 29 may tarixində Report məlumat verib.
Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin dövlət qurumlarının dəstəyi ilə baş tutub.
Belə ki, İstanbulun “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan Bayrağının rəngləri əks olunub.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bununla bağlı paylaşım edib: “Azərbaycan Bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür. “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə bürünüb. Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.
[gallery link="file" columns="2" size="full" ids="180957,180958"]