İstehlaka yararsız müxtəlif növ 33 ton süd məhsulu məhv edilib.
Bu barədə 19 iyun tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 33 ton müxtəlif növ süd məhsulu tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.