Bakıda istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib. Bu barədə 3 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
İstehlaka yararsız və istifadə müddəti bitmiş 410 kiloqram süd məhsulu, 230 kiloqram dəniz məhsulu, 2 770 kiloqram müxtəlif növ qida məhsulları (süd, meyvə-tərəvəz və dəniz məhsulları), 2 800 kiloqram çipsi tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.