İstehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib. Bu barədə 17 yanvar tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
“Miral” Məhdud Məsuliyyətli Cəmiyyətin ölkəyə idxal etdiyi, Pakistanda fəaliyyət göstərən “Salbion Health Sciences Pvt Ltd” şirkətinin istehsalı olan, ümumi miqdarı 3 000 ədəd təşkil edən “Sele Forte kapsul №30” adlı bioloji aktiv qida məhsullarından nümunələr götürülüb.
Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların Kadmium (Cd) miqdarının normadan artıq olduğu aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və istehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.
[gallery link="file" columns="1" size="full" ids="101764"]