İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib. Bu barədə 31 oktyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında ümumi sayı 1 015 ədəd bioloji fəallığa malik qida əlavəsi, 14 060 kiloqram müxtəlif növ qida məhsulları tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.