Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb. Bu barədə APA 6 fevral tarixində xəbər verib.
29 yaşlı Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünə məxsus "VAZ-21014" markalı minik avtomobili ilə Yevlax rayonunun Salahlı kəndi ərazisində qəza törədib.
Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib. Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.