Gəncə şəhərində itkin düşən yeniyetmə qız tapılıb. Bu barədə 27 iyul tarixində Report məlumat verir.
2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı polis əməkdaşları tərəfindən Gəncə şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.
***
09:54
Bakı və Gəncədə iki yeniyetmə itkin düşüb
Bakı və Gəncə şəhərlərində iki yeniyetmə itkin düşüb. Bu barədə 27 iyul tarixində Report məlumat verib.
Gəncə şəhər sakini, 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Digər hadisə isə Sabunçuda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Mustafayeva Atlas Malik qızı iyulun 26-da saat 17:20 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Faktlarla bağlı araşdırma aparılır.