Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib. Bu barədə 28 oktyabr tarixində Report Hərbi Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verib.
Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizalar təyin olunaraq icraya yönəldilib. Şahidlər dindirilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.