Kür çayında suyun səviyyəsi 27 santimetr artıb. Bu haqda aprelin 6-da Report-a Salyan rayonunda yaşayan jurnalist Emil Məmmədov məlumat verib.
Onun sözlərinə əsasən, suyun səviyyəsinin artması nəticəsində Araz çayı Kürlə qovuşub və suyun rəngi qırmızımtıl olub. Lakin cəmiyyət fəalı vurğulayıb ki, çayın aşağı axını olan Neftçalada vəziyyət çətin olaraq qalır.
“Hətta dünəndən etibarən dəniz suları yenidən Kürə axmağa başlayıb. Güman edirik ki, aşağı axında başlayan artım yaxın bir sutka ərzində Kürün Neftçala hissəsinə də təsir edəcək", - deyə vətəndaş qeyd edib.