Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə 24 avqust tarixində Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.