Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə 7 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən açılıb.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - məlumatda qeyd olunub.