Kəlbəcər rayonunda qəza baş verib. Bu barədə 30 iyun tarixində Report.az məlumat yayıb.
İki avtomobilin toqquşması nəticəsində Gəncə sakini, 70 yaşlı Məhəmməd Vəliyev ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.