Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 17 dekabr tarixində APA məlumat verib.
Hadisə ötən gün rayonun Qamışlı kəndi ərazisində baş verib.
Məlum olub ki, Bakı şəhər sakini S. Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.