Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 7 fevral tarixində xəbər verir.
Nazir 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, bu gün artıq işğaldan azad edilən rayonlarımızda - Şuşada, Xankəndidə insanlarımız səs verir, onlar Azərbaycanın suverenliyinə, Azərbaycanın inkişafına səs verirlər.
Nazir qeyd edib ki, artıq Azərbaycan daha böyük inkişaf dövrünə qədəm qoyur.
"Ona görə də əhalimiz çox böyük məmnuniyyətlə seçki məntəqələrinə gedir, səs verir. Bu, doğrudan da, digər illərdən fərqli olaraq, çox böyük, möhtəşəm seçkidir" - K. Heydərov vurğulayıb.
Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq, ölkəmizin bütün suveren ərazisində keçirilir.