Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə 3 avqust tarixində nazirlik məlumat yayıb.
Qəbul 11 avqust saat 09:00-da Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun inzibati binasında keçiriləcək.
Vətəndaş qəbulunda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün vətəndaşlar qurumun “Çağrı Mərkəzi” (1652) və ya +99460 5966962 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.