"Kəpəz" klubu növbəti futbolçu transferini gerçəkləşdirib. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Komanda Ehtiram Şahverdiyevi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Oyunçu ötən mövsüm "Turan Tovuz"un formasını geyinib. "Kəpəz" daha əvvəl Vurğun Hüseynov, Rüfət Əhmədov və Əli Səmədovun transferini açıqlayıb.