top
“Kərimə dövləti qurmaq istəyən qrupun məhkəməsi başlayıb
13 dekabr 2023, 04:46
- ↺ +

“Kərimə" dövləti qurmaq istəyən qrupun məhkəməsi başlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən daha bir qrup şəxsin (13 nəfər) cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə APA 13 dekabr tarixində xəbər verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərdən ikisinin vəkili məhkəmədə iştirak etmədiyi üçün hazırlıq iclası dekabrın 27-də davam etdiriləcək.

İş üzrə zərərçəkmiş şəxs kimi sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayev tanınıblar.

İttihama görə, Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev təqsirli bilinirlər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 278.2 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə - Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddəsi ilə ittiham verilib.

Bundan əvvəl “Kərimə” dövləti qurmaq istəyən daha bir qrupun istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə prosesi başlayıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib ki, İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verilib. Əməliyyat zamanı “Qisas 313” adlı qrupun 7 nəfər üzvü - Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə də qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərait yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaları yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib, sosial şəbəkələrdə paylaşıblar.

R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri, eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər