Bakıda keçmiş məhkumu oğurlayaraq narkotik satmasını tələb edən iki nəfər saxlanılıb. Bu barədə aprelin 7-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, aprelin 4-də F.Paşazadə bir nəfər tərəfindən Sabunçu qəsəbəsində yerləşən evə aparılıb və 2 gün orada saxlanılıb. Həmin şəxs ona narkotik satmasını təklif edib, razı olmadıqda digər şəxslə birlikdə onu döyəcəyini bildirib. Buraxılması müqabilində isə F.Paşazadədən 2 000 manat pul tələb edib.
Bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar: Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.