Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib. Bu barədə Report 30 mart tarixində xəbər verib.
O, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.
F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Prezidentin digər Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.