ABŞ-də kişi oğurladığı sevgilisini iki ay şkafda saxlayıb. Bu haqda 21 mart tarixində Oxu.az xəbər yayıb.
Hadisə Tennesi ştatının Dayesburq şəhərində baş verib. 30 yaşlı Brenton Bell həmin müddət ərzində qadına az miqdarda qida verib və onu tualetə buraxmayıb. Həmçinin gündə cəmi bir saatlıq şkafdan çıxmağa icazə verib.
40 yaşlı qadın yalnız iki ay sonra evdən qaça bilib və polisə müraciət edib. Tibbi müayinə zamanı onun üzündə çoxsaylı xəsarətlərin olduğu, özünün isə 45 kiloqrama qədər arıqladığı müəyyən edilib.
Brenton Bell həbs edilib. Hadisənin səbəbləri məlum deyil.