Bakıda istehsal olunan konfetin içindən qurd çıxıb. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 16 yanvar tarixində xəbər verir.
Sakinlərdən biri mağazadan konfet alıb.
Evə apardıqda isə konfetlərin qurdlu olduğunu görüb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlanılıb.
AQTA-dan cavab olaraq bildirilib ki, fakt qurum tərəfindən nəzarətə götürülüb:
“Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.