Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 14 iyun tarixində məlumat verir.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın İbayev saxlanılıb.
Araşdırma aparılır.