Sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçiriləcək. Bu barədə 28 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
İlk olaraq kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov sentyabrın 1-də saat 10:00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3809408) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.