Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb. Bu barədə Report 19 iyul tarixində xəbər verib.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb.
Bir neçə küçə itinin hücumuna məruz qalan Gəncə şəhər sakini, 71 yaşlı Sədaqət Xəlilova itlərin dişləməsi ilə müxtəlif bədən xəsarətləri alıb.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.