Bakıda Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Bildirilib ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.
“Sürücülərdən müəyyənləşdirilən sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd olunub.