Kür çayının Şirvan şəhəri Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşağın meyiti tapılıb. Bu barədə 26 may tarixində APA məlumat verib.
Mayın 24-də Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub.
Azyaşlının meyiti batdığı yerdən 10 kilometr aralıda tapılaraq, aidiyyəti üzrə təhvil verilib.