Kür çayında naməlum insan meyiti tapılıb. Bu barədə 26 aprel tarixində Report məlumat verib.
Meyit Kürün Yevlax rayonu ərazisindən keçən hissəsində aşkar edilib.
Hadisə yerinə Yevlax Rayon Prokurorluğu və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilir.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.