Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 13 may tarixində xəbər verir.
Neftçala polisi Kür çayının rayonun Pirəbbə kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxsi zərərsizləşdirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan həmin kənd sakini Nəcib Məmmədov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb.
Həmin ərazidə hündürlüyü 37-142 sm arası olan 68 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.