Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Bu barədə 1 iyun tarixində Report məlumat verib.
Belə ki, Kür çayında batan şəxs 2012-ci il təvəllüdlü Yusif Samir oğlu Nuruyev olub.
Onun Kür çayında çimən zaman boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.