Sabirabadda Kürdəmir sakini keçmiş arvadının yaşadığı evə hücum edib. Bu barədə APA 16 iyun tarixində xəbər verib.
Sabirabad şəhər sakini, 42 yaşlı Miri Əliyev rayonun Polis Şöbəsinə gecə saat 00:30 radələrində keçmiş kürəkənləri, Kürdəmir rayonunun Mehdili kənd sakini, 42 yaşlı Daşqın Mehdiyevin sərxoş halda onların yaşadığı evə hücum etməsi haqda müraciət edib.
D.Mehdiyev evin qarşısında saxlanmış onlara məxsus "Mercedes" markalı avtomobili dəmir linglə yararsız hala salıb, insidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı, 35 yaşlı Günel Mehdiyevaya xəsarət yetirib.
Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.
Əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş D.Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi açılıb.