Bakının Nəsimi rayonunda silahlı şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə (DİN) istinadən bu gün, 3 fevral tarixində məlumat verir.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1968-ci il təvəllüdlü Kürdəmir rayon sakini Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
[caption id="attachment_161100" align="alignnone" width="696"]
Foto DIN[/caption]