Kürdəmir sakinini Xaçmazda cərəyan vuraraq öldürüb. Bu barədə 19 iyun tarixində Report məlumat verib.
Hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov İlyas Ramazan oğlu həmin ərazidə su doldurarkən elektrik naqilinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.