Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 3 nəfəri tapıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 25 may tarixində xəbər verir.
Aprelin 30-da Kürdəmir rayonunda itkin düşmüş 23 yaşlı qız, mayın 14-də Bərdə rayonunda azyaşlı övladı ilə birgə itkin düşmüş 31 yaşlı qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.