Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks-istiqamətdə gələn "VAZ-21011" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə hər iki avtomobildə olan Ağsu sakinləri - 26 yaşlı Hüseynov Məhərrəm Əfqan oğlu, 36 yaşlı Əhmədov Elməddin Şakir oğlu, 46 yaşlı Kərimov Alim Arif oğlu və 40 yaşlı Məhərrəmov Seymur Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_138486" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]