Kürdəmir rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 8 avqust tarixində Report məlumat verib.
Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
"KİA" markalı avtomobilin "KamAZ"a çarpılması nəticəsində 3 nəfər ağır xəsarət alıb, 1 nəfər isə ölüb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Meyit isə aidiyyəti üzrə təhvil verilib.
Hazırda fakt araşdırılır.
[gallery link="file" columns="2" size="full" ids="124916,124917"]