Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 4 iyun tarixində xəbər verir.
Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Kombaynla "Ford" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı "Ford"un sürücüsü 1966-cı il təvəllüdlü Göyçay rayon sakini Namiq Mahmud oğlu Həsrətov xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.