Kürdəmir rayonunda qoyun oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Bu barədə oktyabrın 29-da İnsanoid DİN-ə istinadən xəbər yayıb.
Belə ki, rayon sakini S.Ağayevin həyətindəki tövlədən 9 baş qoyun oğurlanıb. Əməli törədən rayon sakinləri İ.Heydərov, E.Qəmbərli və Bakı şəhər sakini C.Məmmədov saxlanılıblar.
Araşdırmalarla E.Qəmbərlinin M.Məmmədova məxsus 1 baş inəyi oğurlaması da müəyyən olunub.