Külüllü-Kürdəmir magistral su kəmərində aparılan təmir-bərpa ilə əlaqədar təmir işləri yekunlaşana qədər Kürdəmir şəhərinə və magistral xətdən su alan kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə İnsanoid Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.