Kürdəmirdə yük avotmobilinin aşması nəticəsində sürücü xəsarət alıb. Bu barədə Report 24 iyun tarixində xəbər verib.
Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Gürcüstan vətəndaşının (hələlik şəxsiyyəti məlum deyil) idarə etdiyi “Shacman” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı sürücü yüngül xəsarət alıb.
Hazırda fakt araşdırılır.