Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyiti tapılıb. Bu barədə 11 aprel tarixində Report məlumat verib.
Məlumata görə, 1983-cü il təvəllüdlü Nərimanabad qəsəbə sakininin meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkarlanıb.
Bildirilib ki, sözügedən şəxs martın 27-dən etibarən yaxınları tərəfindən axtarılır.
Onun aşkar olunduğu həyətdə uzun müddət yaşayış yoxdur.
Mərhumun nəşi müayinə olunmaq üçün aidiyyəti orqanına təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.