"Böyük Qayıdış" proqramı üzrə Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 31 may tarixində xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da indiyədək Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.