Ötən gün Laçın şəhərində “Can Laçın” adlı yarmarka təşkil olunub. Bu barədə 28 dekabr tarixində APA məlumat verib.
Yarmarkada Laçında istehsal olunan kənd təsərrüfatı məhsulları, müxtəlif əl işləri və s. məhsullar nümayiş olunub.
Yarmarkanın açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin əməkdaşları və Laçın sakinləri iştirak ediblər.
"Can Laçın" yarmarkası isə gələcəkdə Laçının brendinə çevriləcək. Yarmarka konsert proqramı ilə davam edib.
[gallery link="file" size="full" ids="157071,157073,157074"]