Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində yeni lövhə quraşdırılıb. Bununla əlaqədar sosial şəbəkələrdə fotolar paylaşılır.
Bu barədə 25 aprel tarixində Oxu.az məlumat verib.
Lövhədə qeyd edilir: “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!”
Xəbərdarlıq qeydi, həmçinin rus və ingilis dillərində yazılıb.