Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq, ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Bu barədə 7 aprel tarixində APA məlumat verib.
İctimai fəallar aksiyanı gecəboyu davam etdiriblər. Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 117 gündür davam edir.