Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində, Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər. Bu barədə 2 mart tarixində APA məlumat verib.
Aksiya gecə boyunca davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.